27.5 C
Gence
27.5 C
Gence

Gəncə: qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb

Gəncədə 5 dekabr tarixində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a məlumat daxil olub.

Hadisə Mahrasa bağı ərazisində Eminbəyli küçəsində qeydə alınıb. 16 yaşlı Nüman Əlizadənin yüksək sürətlə idarə etdiyi “Mercedes” markalı avtomobil 13 yaşlı piyada Nazlı İbrahimovanı vurub. Daha sonra sürücü idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə piyada və sürücü dünyasını dəyişib, sərnişinlər 18 yaşlı Cavid Kazımov, 17 yaşlı Elcan Əliyev və İlkin Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan