24.8 C
Gence
24.8 C
Gence

Gəncə: piyadanı vurub qaçan sürücü saxlanılıb

Gəncədə qəza törədib qaçan sürücü saxlanılıb. Bu haqda 30 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

27 dekabr tarixində Nizami rayon Şeyx Bahəddin küçəsində Tərtər rayon sakini S.Rüstəmovu avtomobil vurub. O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs ərazidən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində qəzanı törədən “VAZ 21074” markalı avtomobilin sürücüsü Şəmkir rayon sakini M.Sadıqov saxlanılıb.

Ən Çox Oxunan