Gəncənin Nizami küçəsində 3 ədəd yeni işıqfor quraşdırılıb. Bu haqda Gencexeber.az-ın müxbiri xəbər verib.
Müxbirimizin sakinlərdən aldığı məlumata əsasən, işıqforun burada olması çox vacibdir. Bura insanların sıx olduğu yerdir. Küçədə nizamlayıcı vasitələrin olmaması piyadaların gediş-gəlişinə təhlükə yaradır.