9.7 C
Gence
5.5 C
Ganja

Gəncənin müxtəlif hissələrində qəzalar qeydə alınıb

Gəncədə iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 30 noyabr tarixində məlumat daxil olub.

Yol-nəqliyyat hadisəsi Gəncə Dövlət Universitetinin üçüncü korpusunun qarşısında saat 16:00 radələrində baş verib. “VAZ-2107” və “KİA” markalı minik avtomobilləri toqquşublar. Nəticədə xəsarət alan olmayıb.

Digər qəza isə Yeni Gəncə qəsəbəsində baş verib. Orada “VAZ-2106” maşını “Opel”in arxa hissəsinə çırpılıb. Xəsarət alan olmayıb.

Hər iki hadisə yerinə polis əməkdaşlar cəlb olunublar.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan