24.3 C
Gence
23.5 C
Ganja

Gəncənin mərkəzində qəza qeydə alınıb

Gəncənin Heydər Əliyev prospektində qəza baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri 12 noyabr tarixində məlumat verib.

Hadisə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında saat 10:00 radələrində qeydə alınıb. “Toyota Land Cruiser Prado” qarşısında hərəkət edən “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə polis və sığorta əməkdaşları cəlb olunub. Daha öncə, qəza nəticəsində bir nəfərin dünyasını dəyişməsi haqda məlumat vermişdik.