25.3 C
Gence
25.3 C
Gence

Gəncənin mərkəzində işıqforlar işləmir

Gəncənin mərkəzində işıqforlar işləmir. Bu haqda 26 noyabr tarixində məlumat daxil olub.

Mirzə Abbas Abbaszadə küçəsinin 4 yol kəsişməsində işıqfor çalışmadığından sürücülərin və piyadaların hərəkəti məhdudlaşıb. Sözügedən hal bu gün, səhər saatlarından aşağıda göstərilən küçələrdə müşahidə olunur:

  • Mirzə Abbas Abbaszadə və Həsən bəy Zərdabi;
  • Ozan və Təbriz;
  • İsmət Qayıbov və Atatürk;
  • Mirzə Abbas Abbaszadə və İsmət Qayıbov.

Daha öncə, Nizami ilə Şəddadilər küçələrinin kəsişməsində işləməyən işıqfor haqda məlumat vermişdik.

Ən Çox Oxunan