26.4 C
Gence
26.4 C
Gence

Gəncənin daha bir yol infrastrukturu olmayan küçəsi

Gəncədə daha bir küçənin sakinləri asfalt örtüyünün olmamasından narazıdırlar. Bu haqda Gencexeber.az-a 8 yanvar tarixində məlumat daxil olub.

Bu hal Totanlı küçəsində müşahidə olunur. Burada yol infrastrukturu yoxdur.

“Çox əziyyət çəkirik. Küçədə düz yerimək də olmur, ağzı aşağı adam yıxılır çökəyə”, – deyə izləyicimiz bildirir. Sakinlərin sözlərinə görə, küçədə daşlar olduğundan gəzməkdə çətinlik çəkirlər. Yağışlı havada hər yan palçıq olur və piyadaların ayaqqabıları batır.

Ən Çox Oxunan