Gəncədə daha bir küçə axşam vaxtı qaranlığa qərq olur. Bu haqda Gencexeber.az-a 7 mart tarixində məlumat daxil olub.
Sözügedən hal Mikayıl Müşfiq küçəsində müşahidə olunur. Ərazidə yeni işıqlandırma sisteminin quraşdırılmasına baxmayaraq, gecələr yol işıqları yandırılmır. Sakinlərin sözlərinə görə, yeni sistem çəkiləndən sonra bir gün istifadə olunub.
“Məktəblilər dərsdən, hazırlıqdan gələndə çox qaranlıq olur. Özümüz də işdən qayıdanda çətinlik çəkirik”, – deyə onlar bildiriblər.