Gəncənin bir neçə yerində kanalizasiya quyularının qapaqları yoxdur. Bu haqda məlumatı Gencexeber.az-ın müxbiri, 23 avqust tarixində xəbər verib.
Belə ki, Fikrət Əmirov küçəsində, sakinlərin “Pasyolka” adlandırdıqları yerdə yerləşən quyunun ağzına yarım aydan çoxdur ki, ucu beton olan boru parçası qoyublar. Mövcud vəziyyət həmin ərazidə hərəkət edən maşınlara maneə törədir.
Səməd Vurğun küçəsində isə ard-arda 4 açıq kanalizasiya quyularına rast gəlinir.
Qeyd edək ki, Nizami Gəncəvi prospekti ilə Ağamirzə Əhmədov küçəsinin kəsişməsindəki quyunun qapağı yerində olsa da, oradan çölə su axır.