21.4 C
Gence
21.4 C
Gence

Gəncənin bir çox hissələrini birləşdirən cəhət – yollar baxımsızdır

Gencexeber.az-a şəhərin bir neçə ərazilərində asfalt örtüyünün olmaması haqda məlumat daxil olub.

Şəhərin mərkəzi hissəsində yerləşən Ruzigar Qasımov küçəsi 2-ci döngədə asfalt örtüyü yoxdur. Orada işıqlandırma sistemi quraşdırılmayıb.

Sakinlərin sözlərinə görə, bu gün yolda kiçik gölməçələr yaranıb. Güclü yağıntılar zamanı isə həmin çalarlar su ilə dolaraq hərəkəti çətinləşdirir.

Digər fotomateriallar “Sovxoz” adlandırılan ərazidəndir. 5-ci mikrorayonda yerləşən Nyuton və Mirzəağa Əliyev küçələrində də asfalt örtüyünə ehtiyac var. Orada gərginlik naqilləri yerə dəymək üzrədir.

Ən Çox Oxunan