10.3 C
Gence
1.5 C
Ganja

Gəncənin bir neçə ərazilərində ictimai nəqliyyat çətinliyi yaşanır

Gəncənin bəzi sakinləri 5A marşrutunun fəaliyyətindən narazıdırlar. Bu haqda Gencexeber.az-ın izləyicisi 27 noyabr tarixində məlumat verib.

Sözügedən hal Dos-84 və Dos-102 ərazilərində yaşan sakinləri daha çox əhatə edir. Əldə etdiyimiz məlumata əsasən, marşrut xəttində cəmi üç aztutumlu avtobus hərəkət edir.

“Əksər hallarda 1 maşın reysə çıxır. 30-40 dəqiqə avtobus gözləməkdən bezmişik” – deyə sakin bildirib.

Daha öncə, Gencexeber.az Cavadxan (Avtozavod) qəsəbəsində mövcud ictimai nəqliyyat çətinliyi işıqlandırmışdır. Bir müddət sonra xəttinin hərəkət cədvəlinə Göy Türk küçəsi əlavə olunmuşdur.

 

Ən Çox Oxunan