26.4 C
Gence
26.4 C
Gence

Gəncənin Azərbaycan Bayrağı küçəsində zəncirvari qəza baş verib

Gəncədə zəncirvari qəza baş verib. Bu haqda Bizim.media-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107”, “OPEL” və “KİA” markalı minik avtomobilləri toqquşublar. Xəsarət alanların olmadığı bildirilib.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan