26.4 C
Gence
26.4 C
Gence

Gəncənin Şah İsmayıl Xətai prospektində yol üzərinə xətlər çəkilib

Gəncənin Şah İsmayıl Xətai prospektində asfalt örtüyü xətlənib. Bu haqda Gencexeber.az-a yanvarın 13-ü məlumat daxil olub.

Prospektin Dədə Qorqud və Azərbaycan bayrağı küçələri ilə kəsişən hissələri aralığında qoşa, qırıq və yolun kənarında sarı xətt çəkilib. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Zebra”lar da artıq mövcuddur.

Aidiyyəti qurumun əməkdaşları sözügedən işlərin aparılması üçün dünən günorta saatlarından etibarən yolu bağlamışdırlar. Sürücülər alternativ yollardan istifadə etməli olublar. Ərazidə tıxaclar müşahidə edilib. Axşam saat 19:30-da isə avtomobillərin hərəkəti bərpa edilib.

Xatırladaq ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin yanında piyadaların təhlükəsiz hərəkəti təmin edilməyib.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan