Gəncədə piyada xəstəxanaya çatdırılıb. Bu haqda yanvarın 21-i Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “Ford Fusion” markalı minik maşını yolu keçmək istəyən Qalib Aslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, zərərçəkən 11 saylı marşrutun avtobus sürücüsüdür.
Hadisə yerinə cəlb olunan DYP əməkdaşları faktla bağlı araşdırma aparır.