Gəncədə yol-nəqliyyat hadisəsibaş verib. Bu haqda Gencexeber.az 24 avqust tarixində APA-ya istinadən xəbər verir.
Motosiklet sürücüsü 25 yaşlı İmaməddin Kazımov hərəkətdə olan minik maşını ilə toqquşub. Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib.