16.4 C
Gence
16.4 C
Gence

“Gəncə Mall”un qarşısında avtomobil orta yaşlı kişini vurub

“Gəncə Mall”un qarşısında avtomobil piyadanı vurub. Bu haqda məlumatı Gencexeber.az bu gün, 21 mart tarixində verir.

Belə ki, “Hyundai” markalı avtomobil Heydər Əliyev prospekti ilə “Gəncə Mall” istiqamətində hərəkətdə olarkən, Həsən Əliyev küçəsinə dönən zaman piyadanı vurub. Nəticədə piyada – 55-60 yaşlı kişi huşunu itirərək yerə yıxılıb. Təcili Tibbi Yardım maşınının köməkliyi ilə o, xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan