20.8 C
Gence
14.5 C
Ganja

Gəncəli 10-cu sinif şagirdi hərəkət etdiyi küçənin vəziyyətini işıqlandırılması üçün Gencexeber.az-a müraciət edib

Gəncənin Gülüstan qəsəbəsindəki küçələrin vəziyyəti ürək açan deyil. Bu sözləri sözügedən ərazidən fotoları təqdim etmiş 10-cu sinif şagirdi söyləyib.

Şəkillərdə gördüyünüz kimi, küçə enliliyində gölməçələr yaranıb. Asfalt örtüyünün olmaması isə piyadaların hərəkətini məhdudlaşdırır.

“Yağışlı hava zamanı küçə bu vəziyyətə düşür. Mən 10-cu sinifdə oxuyuram. Avtobusla dərsə gedirəm, dayanacağa çatana kimi palçıq içində oluram”, – deyə şagird söyləyib.

Şagird qeyd edib ki, şəkillər qəsəbənin nisbətən yaxşı halda olan küçəsindən çəkilib.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az