24.7 C
Gence
24.7 C
Gence

Gəncə-Kəlbəcər-İstisu yolu qısa müddətdə yenidən qarla örtülüb

Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu yolunun qardan və buzdan təmizlənməsi işləri aparılır. Bu haqda Apa.az-a istinadən məlumat veririk.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, sözügedən ərazidəki yollar çovğun və külək nəticəsində qısa müddətdə yenidən qarla örtülüb. Hal-hazırda yollar qardan və buzdan fasiləsiz təmizlənir.

Qeyd edək ki, işlərin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm və texnika təhkim olunub, xidməti qrup yaradılıb.

 

Ən Çox Oxunan