Gəncə-Kəlbəcər-Laçın yolunun fevralın 9-na olan vəziyyəti açıqlanıb. Bu haqda məlumatı Apa.az-a istinadən xəbər veririk.
Gecə və səhər saatlarında sözügedən avtomobil yolunun bəzi hissələrində duman olacaq. Bu səbəbdən görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Qeyd edək ki, məlumat Milli Hidrometeorologiya Xidmətindən verilib.