22.5 C
Gence
22.5 C
Gence

Gəncə: küçələrdə asfalt örtüyünün bərpası işləri görülür

Yeni Gəncə qəsəbəsində asfalt örtüyü yamaqlanır. Bu haqda 6 dekabr tarixində məlumat daxil olub.

İşlər Nizami prospekti ilə 28 may küçəsinin kəsişməsində, Yeni Gəncə dairəsi adlandırılan yerdə aparılıb. İşıqforun qarşısında asfaltın çökən hissəsinin bərpası üçün canlı qüvvə və texnika cəlb olunmuşdur. Bu gün səhər saatlarından etibarən onlar yola yamaq vurublar.

Daha öncə, “Şərikli çörək” mağazasının yanında aparılan işlər haqda xəbər vermişdik.

 

Ən Çox Oxunan