9.7 C
Gence
9.7 C
Gence

Gəncə Hava Limanına aparan yolda çökəklik əmələ gəlib

Gəncənin hava limanı istiqamətində gedən yolda torpaq çöküb, yerində isə dərin çala yaranıb. Bu haqda Gencexeber.az-ın müxbiri 30 oktyabr tarixində məlumat verib.

Sözügedən hal yeni tikilən Asan xidmədin qarşısında müşahidə edilir. Bir müddət öncə, yol qazılaraq naqillər bastırılmışdır. Yağışdan sonra yolun qazılan hissəsi çöküb.

Təqdim etdiyimiz şəkillərdə göründüyü kimi, sürürcülər maşınların sürətini tam azaldırlar ki, idarə etdikləri nəqliyyat vasitələri zədələnməsin. Bu səbəbdən yolda sıxlıq yaranıb.

Qeyd edək ki, hal-hazırda ərazidə çökəkliyi torpaqla örtmək üçün canlı qüvvə və texnika cəlb olunub.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan