25.3 C
Gence
19.5 C
Ganja

Gəncə-Gədəbəy reysinin avtobusu aşıb

Gəncə-Gədəbəy reysi üzrə hərəkət edən mikroavtobus qəzaya düşüb. Bu haqda məlumatı iyunun 10-u Apa-ya istinadən veririk.

Hadisə Gədəbəy rayonunun Maarif kəndində qeydə alınıb. Sözügedən reyslə işləyən mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Qəza zamanı 68 yaşlı sürücü Sərxan Həmzəyev və sərnişinlər – 18 yaşlı J. İbrahimova, 18 yaşlı J.Bayramlı, 42 yaşlı T.Rzayev, 18 yaşlı N. Allahverdiyeva, 18 yaşlı O. Hüseynov və 44 yaşlı G. Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.