24.8 C
Gence
24.8 C
Gence

Gəncə: dilənçilər sürücülər üçün təhlükə yaradır

Gəncədə dilənçilər küçədə maşınların qarşısına keçib pul dilənirlər və maşınların hərəkətinə mane olurlar. Bu haqda avqustun 6-da müxbirimiz məlumat verib.

Nəriman Nərimanov prospekti ilə Mirzə Abbaszadə küçəsinin kəsişməsində dilənçilər işıqforun qarşısında duran avtomobillərin üzərinə qaçıb təhlükə yaradırlar və avtomobillərin hərəkətində çətinliklər yaranır.

Qeyd edək ki, həmin yerdən təxminən 300 metr irəlidə Kəpəz rayon polis idarəsi yerləşir.

 

Ən Çox Oxunan