Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 20 may tarixində məlumat daxil olub.
Hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb. Körpünün üstündə “Mercedes”, “Opel” və “VAZ 2107” markalı üç avtomobil toqquşub. Nəticədə xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.