25.5 C
Gence
17.5 C
Ganja

Gəncədə yolun nizamlama vasitələri yenilənir

Gəncədə yol infrastrukturunda nizamlama vasitələrinin yenilənməsi işləri aparılır. Bu haqda məlumatı iyulun 14-ü Azertac-a istinadən veririk.

Hazırda meteoroloji şərait nəzərə alınmaqla Gəncədə istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri yeniləri ilə əvəz edilir. Bundan başqa, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası həyata keçirilir.

İşlər “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri tərəfindən həyata keçirilir.