19 C
Gence
19 C
Gence

Gəncədə yol qəzası baş verib: təfərrüatlar mətndə

Yeni Gəncə qəsəbəsində qəza baş verib. Bu haqda Gencexeber.az-a dekabrın 30-u məlumat daxil olub.

Hadisə şəhərin 28 may küçəsində, 2 saylı orta məktəbin yanında qeydə alınıb. “VAZ-2107” markalı maşın “Lada Niva” avtomobilinə çırpılıb. Qəza nəticəsində sonuncu nəqliyyat vasitəsini idarə edən şəxsin qaşı partlayıb.

Daxil olan məlumata əsasən, “Lada Niva”nın sürücüsü hərəkətdə olduğu zaman qoşa xəttin üzərindən qəfil manevr edib. Bu zaman “VAZ-2107” onun sol arxa hissəsindən vurub.

Əraziyə cəlb olunan polis əməkdaşları araşdırma aparıblar.

Ən Çox Oxunan