19.1 C
Gence
19.1 C
Gence

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı bir nəfər yüngül xəsarət alıb

Yeni Gəncə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı “Vaz-2106” minik və “Qaz” yük maşınları toqquşublar. Bu haqda Gencexeber.az-ın müxbiri 7 oktyabr tarixində xəbər verib.

Hadisə şəhərin 28 may küçəsində qeydə alınıb. İlkin məlumata görə, “Vaz-2107”-nin sürücüsü dönmə əməliyyatını zamanı səhvə yol verib. Arxadan hərəkət edən “Vaz-2106”-nı idarə edən şəxs avtomobilini dərhal saxlamaq istəyən zaman idarəetməni itirərək “Qaz” yük maşınına çırpılıb.

Yol-nəqliyyat hadisəsi zamanı “Vaz-2106”-nın sürücüsü yüngül xəsarət alıb.

Hadisə yerinə polis və sığorta şirkətlərinin biri cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Ən Çox Oxunan