22.5 C
Gence
22.5 C
Gence

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Gəncənin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza 16 avqustda axşam saat 21:00 radələrində qeydə alınıb. Bu haqda məlumatı Gencexeber.az-ın müxbiri xəbər verib.

VAZ markalı avtomobilin sürücüsü sağdan ötmə əməliyyatı edərkən hərəkətdə olan “Chery” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Müxbirimizin aldığı məlumata görə, sürücülər arasında mübahisə baş vermişdir.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırma aparıblar.

 

Ən Çox Oxunan