25.8 C
Gence
25.8 C
Gence

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə 18 sentyabr saat 15:00 radələrində avtomobil qəzası baş verib.

Hadisə şəhərin Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. “VAZ 21015” və “KİA” markalı avtomobillər toqquşub. Qəza zamanı “KİA” markalı avtomobil yolun kənarı ilə gedən piyadanı vurub. Həmin şəxs dünyasını dəyişib. Araşdırma zamanı onun 55 yaşlı Famil Ələkbərov olduğu məlum olub. Bundan əlavə bir nəfər xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan