20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

Gəncədə 11 sentyabr 13:00 radələrində avtomobil qəzası baş verib.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Mercedes “Vito” markalı mikroavtobus VAZ 21099 markalı minik avtomobili ilə toqquşub. Nəticədə mikroavtobusun ön hissəsi, minik avtomobilin isə sol tərəfdə yan qapıları əzilib. Qəzada xəsarət alan olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.