24.7 C
Gence
24.7 C
Gence

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən şəxs saxlanılıb

Samux rayon sakini Gəncədə saxlanılıb. Bu haqda Gencexeber.az 13 noyabr tarixində Trend-ə istinadən məlumat verir.

Gəncə şəhər Baş Polis idarəsinin Dövlət Yol Polis şöbəsinin əməkdaşlarının apardığı əməliyyatlar nəticəsində Mirzə Rzayev avtoxuliqanlıq etdiyi üçün saxlanılıb. O, 8 noyabr tarixində “VAZ-2106” markalı avtomobillə Gəncədə  yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmiş, qəza törədərək hadisə yerindən yayınmış və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşmışdır.

Sözügedən şəxs məhkəmənin qərarı ilə bir il müddətinə sürücülük hüququndan məhrum olunub və 30 sutka inzibati qaydada həbs edilib.

Ən Çox Oxunan