20.6 C
Gence
20.6 C
Gence

Gəncə: “Dəyirmanın kruqunda” qəza qeydə alınıb

Gəncədə “Dəyirmanın kruqu” adlanan ərazidə qəza baş verib. Bu haqda məlumat Gencexeber.az-a yanvarın 26-sı daxil olub.

Hadisə Şah İsmayıl Xətai prospektində saat 10:00 radələrində qeydə alınıb. “Mercedes” markalı mikroavtobusla “VAZ-2107” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata əsasən, təqsir mikroavtobus sürücüsündə olub. O, dairədən çıxan zaman baş yolda hərəkətdə olan minik maşınının keçməsini gözləməyib.

Cəlb olunan polis əməkdaşları faktla bağlı araşdırma aparıblar.

Ən Çox Oxunan