24.7 C
Gence
24.7 C
Gence

Gəncədə yağışlı hava: sakinlərin hərəkəti çətinləşib

Gəncənin bəzi küçələri palçıqdır. Sakinlərin narazılığına səbəb yolda asfaltın olmamasıdır. Bu haqda Gencexeber.az-ın izləyiciləri xəbər verib.

Təqdim etdiyimiz şəkillərdə də göründüyü kimi, sakinlərin adlandırdıqları Gəncə Kərpic zavodu ərazisində və Rəhim Hüseynov küçəsində yol infrastrukturu mövcud deyil.

Sakinlərinin sözlərinə, yağışlı hava zamanı sürücülər palçıqlı yolda hərəkət etməkdə çətinlik çəkirlər. Vəziyyət o dərəcəyə çatıb ki, indi isə piyadalar küçənin bir hissəsindən, o birisinə çata bilmirlər.

Daha öncə, yağış sularının evlərin həyətlərinə dolması haqda xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan