24.7 C
Gence
24.7 C
Gence

Gəncədə yük və minik avtomobilləri toqquşublar

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-ın müxbiri xəbər verib.

Hadisə şəhərin Atatürk prospekti ilə Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində qeydə alınıb. “Kamaz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşublar. Qəza nəticəsində xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, günah minik avtomobilinin sürücüsündə olub. O, sola dönmə əməliyyatını edərkən hərəkətdə olan yük maşına çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunmuşdurlar.

Ən Çox Oxunan