Gəncədə 28 sentyabr tarixində qəza baş verib. Bu haqda Gencexeber.az APA-ya istinadən məlumat verir.
Poçt qəsəbəsində dəmir yolundan açılan vaqon hərəkətdə olan avtomobilə çırpılıb. “VAZ 2107” markalı maşın hadisə vaxtı qorunmayan keçiddə hərəkətdə olub. Avtomobilin sürücüsü yüngül xəsarətlər alıb.
Vaqon ADY-yə məxsus idi.