26.4 C
Gence
26.4 C
Gence

Gəncədə uşaqlı valideynlər məcbur olub səki ilə deyil, maşın yolu ilə hərəkət edirlər

Gəncənin sözügedəcək hissəsində səkinin eni o dərəcədə qısadır ki, sakinlər avtomobil yolu ilə hərəkət edirlər. Bu haqda Gencexeber.az-a yanvarın 18-i məlumat daxil olub.

Bu məsələ şəhərin Nizami prospektində müşahidə edilir. Prospektin piyadalar üçün nəzərdə tutulmuş hissəsinin eni qısadır. Vəziyyəti daha da çətinləşdirən odur ki, səkidə işıqlandırma sistemi ilə yanaşı ağaclar da mövcuddur.

Təqdim olunan fotomateriallarda uşaq arabası ilə gəzintiyə çıxan valideynlərin avtomobil yolu ilə hərəkət etdiklərini görmək olar.

Ən Çox Oxunan