26.4 C
Gence
26.4 C
Gence

Gəncədə “Təmiz hava” aylığı çərçivəsində yoxlamalar baş tutub

Gəncədə “Təmiz hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb. Bu haqda Gencexeber.az 12 oktyabr tarixində “Kəpəz” televiziyasına istinadən xəbər verir.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.

Dövlət Yol Polisinin əməkdaşları keçirdikləri yoxlamalar zamanı normativlərə uyğun gəlməyən avtomobillər müəyyən edilib. Sahiblər haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu tərtib edilib.

Qeyd edək ki, reydin keçirilməsinə məqsəd avtomobilllərin ixrac etdiyi qazların tərkibində olan zərərli madələrlə çirklənməsinə nəzarətin gücləndirilməsidir. Təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

 

Ən Çox Oxunan