Gəncədə qəza nəticəsində xəstəxanaya qaldırılan üç təkərli motosikletin sürücüsü vəfat edib. Bu haqda Gencexeber.az 2 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
55 yaşlı Zirəddin Verdiyev bu gün səhər saatlarında dünyasını dəyişib.
Daha öncə, şəhərin Şah İsmayıl Xətai prospektində motosiklet sürücüsünün “Mercedes” markalı yük maşını ilə toqquşması haqda xəbər vermişdik.