25.8 C
Gence
25.8 C
Gence

Gəncədə təhlükə mənbəyi: ağzı açıq kanalizasiya quyuları var

Gəncədə küçələrin birində kanalizasiya quyularının ağzı açıqdır. Bu haqda Gencexeber.az-a 11 fevral tarixində məlumat daxil olub.

Sözügedən hal Gülüstan qəsəbəsi, Vaqif Qəmərli küçəsində Əziz Əliyev parkının önündə müşahidə olunur. Piyada səkisinin yanında yağış sularının axması üçün kanalizasiya quyuları var. Lakin onların üzərinə dəmir barmaqlıqlar qoyulmayıb. Bu, həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.

Qeyd edək ki, təxminən 80 metr məsafədə 4-5 ağzı açıq kanalizasiya quyusu yerləşir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan