Gəncə şəhər ərazisində avtoxuliqanlıq edən bir neçə şəxs saxlanılıb. Bu haqda Gencexeber.az 17 noyabr tarixində məlumat verir.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları nəzarət-profilaktik tədbirlər keçiriblər. Aparılan monitorinqlər zamanı bir neçə “VAZ” markalı avtomobil saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, sürücülər qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi ediblər. Dövlət qeydiyyat nişanı olmadan minik vasitəsinin idarə edilməsi aşkar olunub.
Bundan başqa, sürücülər hərəkətdə olarkən təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozublar.
Həmin sürücülərlə profilaktik söhbətlər aparılıb.