Şəhər ərazisində partlayan su borusu təmir edilir. Bu haqda məlumat 20 iyun tarixində Gencexeber.az-a daxil olub.
Işlər şəhərin Ozan küçəsi, 1-ci dönqədə aparılır. Təmir işləri üçün əraziyə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunub.
Adıçəkilən qurumun işçiləri xəttin qəzalı hissəsini aşkar ediblər. Onlar tərəfindən asfalt örtüyünün lazımi hissəsi dağıdılaraq borunun təmirinə başlanılıb.