25.3 C
Gence
25.3 C
Gence

Gəncədə “STOP” nişanın tələbini pozan sürücü qəza törədib

Gəncədə “Zabitlər evi”nin qarşısında qəza baş verib. Bu haqda Gencexeber.az-a yanvarın 17-si məlumat daxil olub.

Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. “VAZ- 2107” maşını “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, günah Adil İsgəndərov küçəsi ilə hərəkət edən “Mercedes”də olub. O, prospektə çıxarkən “STOP” nişanının tələbini kobud şəkildə pozaraq nəqliyyat vasitəsini dayandırmayıb. Bu zaman “VAZ- 2107″i ilə toqquşub.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalara başlayıblar.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan