19 C
Gence
19 C
Gence

Gəncədə saxlanılan sürücü narkotik vasitənin təsiri altında olub

Gəncədə narkoman sürücü saxlanılıb. Bu haqda Avtosfer.az-a istinadən məlumat veririk.

Polis əməkdaşları “Chevrolet” markalı avtomobili saxlayıblar. Sürücü şəhər ərazisində yol hərəkəti qaydalarını pozub. Nəqliyyat vasitəsini idarə edən Emin Verdiyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb.

Tibbi müayinəyə aparılan sürücünün narkotik vasitədən istifadə etdiyi üzə çıxıb.

Şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Ən Çox Oxunan