Gəncədə avtobus sürücüləri sərnişinlər üçün təhlükəli vəziyyət yaradır. Bu haqda Gencexeber.az-ın müxbiri 18 avqust tarixində məlumat verib.
Sərnişin avtobuslarının sürücülərinin əksəriyəti hərəkətdə olarkən qapıları açıq qoyur. Bunu havaların isti olması ilə əlaqələndirirlər.
Sərnişinlərin sözlərinə görə, avtobusların içərisi tozludur, qapılar açıq olanda külək tozu qaldırır. Bu şəraitdə virus və mikroblar daha tez yayılır. Pandemiya dövründə yaşadığımızı nəzərə alsaq, bu insanların sağlamlığı üçün təhlükə yaradır.
Bundan əlavə avtobuslar dolu olduqda və hərəkət etdikdə sərnişinlər yola yıxılaraq xəsarət ala bilərlər.
Посмотреть эту публикацию в Instagram