24.7 C
Gence
24.7 C
Gence

Gəncədə sərnişin avtobusu ilə minik maşını toqquşub

Yeni Gəncə qəsəbəsində taksi sərnişin avtobusuna çırpılıb. Bu haqda məlumat Gencexeber.az-a fevralın 7-si daxil olub.

Hadisə 28 may küçəsində qeydə alınıb. “VAZ” markalı minik avtomobili “Mercedes” markalı mirkoavtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata əsasən, minik maşınının sürücüsü dönmə əməliyyatı zamanı səhvə yol verib. Bu zaman o, hərəkətdə olan mikroavtobusla toqquşub.

Cəlb olunan polis əməkdaşları araşdırma aparıblar. “VAZ” maşını ciddi xəsarət alıb və cərimə meydançasına aparılıb.

Ən Çox Oxunan