Gəncənin bir sıra küçə və prospektlərində yolda zolaqlar yoxdur. Bu haqda Gencexeber.az-ın müxbiri 16 avqust tarixində məlumat verib.
Gəncənin Şah İsmayıl Xətai, Atatürk prospektlərində, 28 may, Səməd bəy Mehmandarov, Həmidə xanım Məmmədquluzadə və Şəddadilər küçələrində avtomobillər hərəkət edən hissələrdə yol zolaqları mövcud deyil. Bu vəziyyət sürücülər üçün təhlükə yaradır və onları çaş-baş salır.

