Gəncədə sürücülər küçələrdəki kanalizasiya quyularının açıq olmasından narazıdır.
Gəncənin Eminbəyli küçəsi ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsində işıqforun yanındakı və Əli Nəzmi küçəsində kanalizasiya quyularının qapaqları yoxdur. Bu vəziyyət nəqliyyatın hərəkətində maneə, sürücülər üçün isə təhlükə yaradır.

