25.8 C
Gence
25.8 C
Gence

Gəncədə sürücü işıqforun qırmızı işığına məhəl qoymayaraq qəza törədib

Gəncədə minik maşınlarının iştirakı ilə qəza baş verib. Bu haqda Gencexeber.az-a fevralın 10-u məlumat daxil olub.

Hadisə Təbriz ilə 28 may küçələrinin kəsişməsində saat 12:30 radələrində qeydə alınıb. “Lada Niva” markalı avtomobil “VAZ-2106” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

İlkin məlumata əsasən, “Lada Niva”ın sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq dönüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Xatırladaq ki, bu gün aztutumlu yük avtomobilinin yaşlı qadını vurması haqda xəbər vermişdik.

Ən Çox Oxunan