Gəncənin bir neçə yerlərində qazılmış yollar avtomobillərin hərəkətinə maneə törədir. Bu haqda 11 avqust tarixində Gencexeber.az müxbiri xəbər verib.
Atatürk prospektində “Azərsu ASC”-nin əməkdaşları su borusunu təmir ediblər. Bir həftədən çoxdur ki həmin yerdə boşluq qalıb və üstü örtülməyib.
Yol bir tərəfli olsada əks istiqəmətə 7 nömrəli marşrut işləyir. Yolun bir hissəsi qazıldığı üçün tıxac yaranır.
Nizami prospekti ilə general Əsədov küçəsinin kəsişməsində də oxşar hadisə qeydə alınıb. 10 günə yaxındır ki “Azərsu ASC”-nin əməkdaşları yolu qazıb boruların təmir işlərini aparıblar. Nəticədə həmin yerdə avtomobillərin hərəkətində çətinlik yaranıb.

