9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə qəzada iki maşın yararsız hala düşüb

Gəncədə iki minik avtomobili toqquşub. Bu haqda Gencexeber.az-ın müxbiri 15 oktyabr tarixində xəbər verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində 14 oktyabr saat 23:30 radələrində baş verib.

İlkin məlumata əsasən, yanacaq doldurma məntəqəsindən yola çıxan “Mercedes” markalı maşının sürücü qoşa xətti kəsib, əks istiqamətdə hərəkən etmək istəyib. Bu zaman “VAZ-2107”-nin sürücüsü dönmə əməliyyatı zamanı səhvə yol verən maşının sol iki qapı tərəfindən vurub.

Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-2107”-nin sürücüsü yüngül xəsarət alıb. Hər iki avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb.

Cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan